Kardaşyanın milyonlarını oğurlayanlar MƏHKƏMƏ QARŞISINDA: Kim Parisə uçdubackend

Kardaşyanın milyonlarını oğurlayanlar MƏHKƏMƏ QARŞISINDA: Kim Parisə uçdu

2016-cı ildə Paris Moda Həftəsi zamanı Kim Kardaşyanın zorla saxlanılması və milyonlarla avro dəyərində zinət əşyalarının oğurlanması ilə bağlı məhkəmə prosesi başlayır. Hücumda iştirak edən, özlərini “baba quldurlar” adlandıran 10 nəfərlik dəstədən biri ötən ay vəfat edib, qalanları isə müxtəlif ittihamlarla mühakimə olunur.

KONKRET.az xəbər verir ki, hadisə zamanı polis forması geyinmiş maskalı şəxslər Kardaşyanı özəl oteldə bağlayaraq, 4 milyon avro dəyərində nişan üzüyü və 5 milyon avro dəyərində zinət əşyalarını aparıblar.

Üzük ona reper Kanye Uest tərəfindən hədiyyə olunub.

Təqsirləndirilənlərdən biri, 71 yaşlı Yunis Abbas cinayətdə iştirakını etiraf edib. Məhkəmənin təxminən bir ay davam edəcəyi gözlənilir. Kardaşyan ifadə vermək üçün Parisə uçub, lakin hüquq qrupu proseslə bağlı şərh verməyəcəyini bildirib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*