Kartla ödəniş edənlərin nəzərinə: Bu halda daha çox pul çıxırbackend

Kartla ödəniş edənlərin nəzərinə: Bu halda daha çox pul çıxır

İyunda Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 38,3 faiz artaraq 8.4 milyard manat təşkil edib. Məbləğin 7.4 milyardı elektron ticarətin payına düşür.

Ekspertlər hesab edir ki, elektron ticarətin nağdsız ödənişlərdəki 87,4 faizlik payı sektorun sürətlə inkişaf etdiyini və iqtisadiyyatın rəqəmsallaşmasının müsbət təsirlərini göstərir.

Bu artımın əsas səbəbləri nələrdir və uzunmüddətli iqtisadiyyat üçün potensial təsirləri varmı?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, nağdsız ödənişlərin artmasının əsas səbəbi dövlətin rəqəmsallaşma sahəsinə verdiyi dəstək və bu istiqamətdə təqdim etdiyi xidmətlərdir:

“İqtisadiyyat Nazirliyi və Mərkəzi Bank tərəfindən stimullaşdırıcı tədbirlər həyata keçirilir. Dövlət Vergi Xidməti isə POS terminal cihazlarının quraşdırılması ilə bağlı mütəmmadi monitorinqlər aparır, sahibkarlar bu sahədə maarifləndirilir.

Elektron ticarətdə nağdsız ödənişlərin payının artması isə maliyyə inklüzivliyi və alıcı davranışları ilə əlaqələndirilir. Alıcılar oğurluq riski və ya nağd pul daşımaq istəmədiklərinə görə daha çox kartla ödənişə üstünlük verirlər”.

Ekspertin sözlərinə görə, dövlətin nağdsız ödənişləri təşviq edən kampaniyaları çərçivəsində bir çox özəl müəssisə və mağazalar da bu sistemə keçid edib:

“Xüsusilə elektronika və mebel mağazalarında alıcı məhsulu onlayn səbətə əlavə edib, müvafiq məbləği ödəyərək çatdırılma vaxtını və ünvanını seçə bilir. Məhsul ödənişsiz və ya ödənişli şəkildə alıcıya təhvil verilir. Bu, həm hava şəraiti, həm də iş qrafikinə görə alış-verişdə çətinlik yaşayan vətəndaşlar üçün əlverişlidir. Yeni sistem həm vergi nəzarətinin gücləndirilməsi, həm də istehlakçı məmnuniyyəti baxımından səmərəli hesab olunur. Eyni zamanda, kölgə iqtisadiyyatının və vergidən yayınma hallarının qarşısının alınmasında mühüm rol oynayır.

Nəticə etibarilə, kartla ödənişlər bəzən vətəndaşları planlaşdırılmamış xərclərə sövq edə bilər. Xüsusilə də taksit kartları ilə edilən alış-verişlər bu riski artırır. Ona görə də vətəndaşlara yalnız ehtiyac olduğu halda bu cür ödənişlərdən istifadə etmələri tövsiyə olunur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*