Kaspşik: “Şərtlər imkan verən kimi genişmiqyaslı monitorinqlər davam etdiriləcək”backend

Kaspşik: “Şərtlər imkan verən kimi genişmiqyaslı monitorinqlər davam etdiriləcək”

“Monitorinq fəaliyyəti və üz-üzə görüşlər istisna olmaqla, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin Ofisi öz işini davam etdirir. Daha çox videokonfranslara və digər texniki vasitələrə etibar edirik”.

KONKRET.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan mətbuatına müsahibəsində deyib.

Monitorinqlərin yeni növ koronavirus (COVID-19) pandemiyasına görə dayandırıldığını xatırladan A. Kaspşik bildirib ki, onlar regiondakı vəziyyəti izləməyə davam edirlər, tərəflərlə əlaqə saxlayırlar, ATƏT sədrliyi və Minsk Qrupunun həmsədrlərinə, habelə ATƏT-ə üzv dövlətlərə hesabat verirlər: “Vəziyyət imkan verən kimi fəaliyyətimizi tam şəkildə bərpa etməyi planlaşdırıram. Bildiyiniz kimi, hazırda mənim mandatım daxilində olan ərazilərə ziyarət etmək mümkün deyil. Bununla belə, hərbi və mülki səviyyədə olan səlahiyyətli şəxslərlə davamlı telefon əlaqəsi saxlayıram. Həm də Minsk Qrupunun həmsədrləri tərəfindən mütəmadi olaraq keçirilən telekonfranslarda iştirak edirəm. Məhdudiyyətlərə baxmayaraq, son bir neçə ayda öz işimlə məşğul olmağa davam etmişəm! Şərtlər imkan verən kimi Ofisim genişmiqyaslı monitorinqi davam etdirəcək”. /APA/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*