Kaxa Kaladze siyasətdən gedir – KİVbackend

Kaxa Kaladze siyasətdən gedir - KİV

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladze hakim Gürcü Arzusu Partiyasını tərk etməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə yerli “Formula” telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, o, siyəsətdən də getmək və uğurlu futbol karyerasının dövründə yaşadığı Milan şəhərinə köçmək niyyətindədir.

Qeyd edək ki, K.Kaladzenin səhhətində bu yaxınlarda problem yaranıb. İşemik genezli koxlear-vestibulyar disfunksiya diaqnozu qoyulan mer xəstəxanada müalicə olunub.

43 yaşlı K.Kaladze 2017-ci ilin payızında Tbilisinin meri seçilib. Bundan öncə o, Gürcüstanın energetika naziri olub. K.Kaladze əvvəllər İtaliyanın “Milan” futbol komandasının uğurlu futbolçusu olub və onun şərəfini 284 matçda qoruyub./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*