Qazaxıstan “Kayrat”ı klubu Tiktok sosial şəbəkə hesabında “Qarabağ”la bağlı maraqlı paylaşım edib.
KONKRET.az xəbər verir ki, Almatı təmsilçisi Ağdam klubunun Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi ilə əlaqədar maraqlı video hazırlayıb.
“Kayrat” Liqa mərhələsini 1 xalla sonuncu – 36-cı pillədə tamamlayıb və turnirlə vidalaşıb, “Qarabağ” isə 22-ci yeri tutaraq növbəti mərhələyə vəsiqə əldə edib.
“Kayrat”ın videosunda klub və “Qarabağ” cizgi film obrazlarında təsvir olunub. Videoda “Kayrat” bildirir: “Yaxşı. Mənim zamanım bitdi. Artıq yoluna mənsiz davam etməlisən”.
Qazaxıstan təmsilçisi videonu “Pley-offda uğurlar” sözləri ilə şərh edib.
