Ermənistan Xarici İşlər Nazirliyi Nikol Paşinyanı ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına və ölkənin xarici təhlükəsizliyinə qarşı cinayət törətməkdə günahlandırır.
KONKRET.az xəbər verir ki, bu barədə Birləşmiş Ermənistan partiyasının həmtəsisçisi Artur Kazinyan özünün facebook səhifəsində yazıb.
“Ermənistanın İnsan Hüquqları Müdafiəçisinin tələbinə cavab olaraq, XİN dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üçün bütün qanuni proseduru təqdim edib və bu, həqiqi dövlətə xəyanətin başqa bir sübutu oldu” deyən Kazinyan həmçinin Ermənistan XİN-in müvafiq açıqlamasını yayımlayıb.
O vurğulayıb ki, Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi bu ifadəni cinayət işlərinə əlavə etməlidir. Kazinyan nəzarət prokuroruna da müraciət edərək tələb edib ki, Nikol Paşinyanın xəyanəti digər yüksək rütbəli bir qrup şəxsin ittiham aktına daxil edilməlidir.