Keçəl kişilərə pis xəbər: 50 yaşdan sonra prostat xərçənginə daha çox tutulurlarbackend

Keçəl kişilərə pis xəbər: 50 yaşdan sonra prostat xərçənginə daha çox tutulurlar

40 yaşına qədər keçəlləşən kişilər 50 yaşdan sonra prostat xərçənginə başqalarına nisbətən daha çox tutulurlar. Çox güman ki, bədəndəki testosteronun yüksək miqdarı onkoloji xəstəliyin meydana gəlməsində mühüm rol oynayır.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Novosti Yu” nəşru yayıb.

1990-cı illərin əvvəllərində tədqiqatçılar 40-69 yaşlarında 10 min kişini müşahidə etməyə başladılar. Onlardan 20 ilə 40 yaş arasında nə qədər saç itirdiklərini soruşdular,  sonra mütəxəssislər onlarda onkologiyanın yaranmasına nəzarət etdilər.

Alimlər belə bir nəticəyə gəldilər ki, bir adam nə qədər tez keçəlləşirsə, 50+ yaşında onda prostat xərçəngi almaq ehtimalı daha yüksəkdir.

Mütəxəssislər bunu dəqiq bir şəkildə söyləməyi öhdələrinə götürmürlər, ancaq testosteronun artması yalnız saç tökülməsinə deyil, zərərli hüceyrələrin çoxalmasına da səbəb olur.

Yaşla əlaqəli hər kəsin prostatı böyüyür, ancaq bu diaqnoz ilə o, sidik axınının qarşısını alaraq uretranı sıxır.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*