Keçmiş arvadını və valideynlərini bıçaqlayan şəxs TUTULDU – YENİLƏNİBbackend

Keçmiş arvadını və valideynlərini bıçaqlayan şəxs TUTULDU - YENİLƏNİB

Şəmkirdə bir ailənin üç üzvinü bıçaqlayan şəxs tutulub.

Bu barədə KONKRET.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə hadisəni törədən 1991-ci il təvəllüdlü Sahib Heydərovdur.

O polis əməkdaşları tərəfindən saxlanılıb.

Fakla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

23:24

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

Belə ki, Düyərli kənd sakinləri, 1972-ci il təvəllüdlü İ.Hüseynov, həyat yoldaşı 1976-cı il təvəllüdlü Ş.Hüseynova və 1995-ci il təvəllüdlü N.Qənbərli mübahisə zəminində bıçaq xəsarətləri alıblar.

Xəsarət alan ər, arvad və qızı xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə N.Qənbərlinin keçmiş həyat yoldaşıdır. İddiaya görə, o, şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşına və onun valideynlərinə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*