Keçmiş Baş Nazir yeni partiya yaratdıbackend

Keçmiş Baş Nazir yeni partiya yaratdı

Türkiyənin keçmiş baş nazir Əhməd Davudoğlu yeni partiyasını təqdim edib.

KONKRET.AZ xəbər verir ki, qurumun yaradıcılarının iştirakı ilə keçirilən mərasimdə Əhməd Davudoğlu partiyasının məram və məqsədini açıqlayıb.

Gələcək Partiya adlanan təşkilat haqqında məlumat verən Davudoğlu deyib ki, məqsəd Türkiyə üçün gözəl ortaq gələcək qurmaqdır: “Keçmişimizdən güc alıb Türkiyə üçün ortaq gələcək inşa edəcəyik”.

Türkiyədə mövcud prezidentlik sistemini tənqid edən Əhməd Davudoğlu demokratik bir parlament sisteminə keçilməsi istiqamətində fəaliyyət göstərəcəklərini deyib.

Partiyanın simvolu çinar yarpağıdır. Bildirilib ki, çinar uzunömürlülük və möhkəmlik simvoludur.

Partiyanın qurucuları arasında Türkiyənin Avstriyadakı keçmiş səfiri Ümid Yardım, Əhməd Davudoğlunun baş nazirliyi vaxtında baş məsləhətçisi olmuş erməni yazar Etyen Mahçupyan, tanınmış jurnalist Hakan Albayrak, keçmiş millət vəkilləri Ufuk Uras, Feramuz Üstün, Ali Sarıkaya, Ömer Ünal, Ədalət və İnkişaf Partiyasının (AKP) Ankara təşkilatının keçmiş sədri rəhbəri Nedim Yamalı və digər şəxslər var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*