Keçmiş erməni nazir Paşinyanı ittiham etdi: “Özünü çox tərifləyir”backend

Keçmiş erməni nazir Paşinyanı ittiham etdi: "Özünü çox tərifləyir"

Bu səhər xəbər axını Nikol Paşinyanın “qələbə” sözü ilə başladı. Belə çıxır ki, onun hakimiyyəti azad və demokratik bir ölkəyə aiddir.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri “Respublika” partiyasının sədr müavini, sabiq təhsil və elm naziri, keçmiş deputat Armen Aşotyan özünün Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Paşinyanın hakimiyyəti haqda hazırlanan iki reytinqə toxunsaq deyə bilərik ki, o, karantin şəraitində yaşayan insanlar arasında nikbin olmağa çalışır.

Əlbəttə, bu çətin günlərdə hamımızın nikbinliyə ehtiyacımız var. Ancaq bu nikbinlik çox məqsədli olmalı və xalqımızın sağlamlığına, sosial və maliyyə həyatına və bir çox vacib məsələlərə yönəldilməlidir.

Onun reytinqləri haqqında iki söz demək istəyirəm:

  1. Demokratiya yolunda Ermənistan həqiqətən də reytinqdəki mövqeyini yaxşılaşdırdı. Ancaq burada bir səhv var. Baş nazirin misli görünməmiş demokratiya haqqında danışması elə də vacib deyil. Hesab edirəm ki, o, bu faktı gizlədir ki, ölkədə hakimiyyətin dəyişməsindən 2 il sonra aparılan reytinqlər seçmə qrup tərəfindən həyata keçirilib.

  2. İqtisadi azadlıq indeksində həqiqətən, bu il otuz dördüncü yerdəyik. Bu, bir inkişafdır. Ancaq burada Ermənistan daha yüksək məhsuldarlığa sahib olmalı idi. Ən azından 2017-ci ildə 33-cü, 2009-cu ildə 31-ci, 2008-ci ildə 28-ci yerdə idik. Bugünkündən daha yaxşı vəziyyətdə olmuşuq.

Bir neçə ay karantində olduğumuz dövrdə o, özünü həddindən artıq çox tərifləyir. İnsanlar baş nazirin həqiqi problemləri həll etmək üçün daha effektiv işləyəcəyini gözləyirlər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*