Keçmiş idarə rəisi məhkəmədə özünü güllələdibackend

Keçmiş idarə rəisi məhkəmədə özünü güllələdi

Rusiyada Cəzaların İcrası Federal Xidmətinin keçmiş idarə rəisi Viktor Sviridov zorla mənimsəmə işi üzrə hökmdən sonra məhkəmə zalında özünü güllələyib

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RBK telekanalı yayıb.

Sviridov haqda hökm Moskvanın Çertanov Məhkəməsində fevralın 12-də çıxarılıb. O, təqsirli bilinib, hakim məhkəmə zalında onun həbsə alınması haqqında qərar verib.

Bundan sonra isə o, intihar yolunu seçib.

Mash Telegram kanalı onun ölüm faktını təsdiqləyib.

Sviridov koloniyada üç il keçirməli idi. Məlumata görə o, keçmiş müavini Aleksandr Sapojnikovdan zorla on milyon rubl almaqda günahlandırılıb.

İşə baxılan zaman Sviridov başqa yerə getməmək haqqında sənədə imza atıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*