Ermənistan Milli Təhlükəsizlik Xidməti xüsusilə böyük miqdarda rüşvət alma hadisəsini üzə çıxarıb.
KONKRET.az xidmətin mətbuat xidmətinə istinadən bildirir ki, 2009-cu ildə İrəvan meriyasına rəhbərlik edən vəzifəli şəxsin çoxmənzilli binaların tikintisi ilə məşğul olan təşkilatın təsisçisindən onun xeyrinə hərəkət etməsi, dayandırılmış tikintinin bərpası ilə əlaqəli maneələri aradan qaldırması, mərtəbələrin sayının artırılması barədə məlumat əldə edilib. Təşkilat rəhbərinin qardaşı məmura 75.000 dollarlıq rüşvət verib.
Daha sonra isə problemlərin tam həll edilməsi üçün tikilən binada 200 kvadratmetrlik bir mənzilin şəhər meriyasının ehtiyaclarına ayrılması da tələb olunub.
Faktla bağlı cinayət işi açılıb, ilkin istintaq aparılır.
Xatırladır ki, 2003-cü ildən 2009-cu ilin martınadək şəhər meri Yervand Zaxaryan, daha sonra isə Qaqik Beqlaryan olmuşdular. Yervand Zaxaryan məxməri inqilaba qədər ölkənin energetika və təbii sərvətlər naziri, Qaqik Beqlaryan isə nəqliyyat və rabitə naziri vəzifələrini tutmuşdular.
Bu ilin sentyabrında Yervand Zaxaryan Xüsusi İstintaq Xidməti tərəfindən araşdırılan cinayət işi çərçivəsində daha bir ittihamla üzləşmişdi.