Keçmiş nazir müavini xarici bankdan kedit götürdüyünə görə həbs edilib – Rusiyadabackend

Keçmiş nazir müavini xarici bankdan kedit götürdüyünə görə həbs edilib - Rusiyada

Rusiyada keçmiş nazir müavini kriptovalyutalara və xarici bankdan kreditə görə işdən çıxarılıb.

KONKRET.az xəbər verir ki, Sverdlovskda yaşayan məmur İqor Dubrovin Zabaykalye hökumətindən qovulub.

Onun 2023-cü ilin dekabrında Zabaykalye hökumətindən istefaya göndərilməsinin rəsmi səbəbi dələduzluqla bağlı cinayət işi (o, təqsirləndirilən şəxsdir) deyil, onun xarici bankdan krediti olması faktı olub. İstefanın təfərrüatları yalnız indi məhkəmənin materiallarından məlum olub.

“Dubrovinin xarici bankdan kredit müqaviləsi var, eləcə də kriptovalyuta birjasında ticarət üçün hesab, eləcə də altı növ rəqəmsal valyuta alıb”, – sənəddə deyilir.

Qeyd edək ki, qanun dövlət qulluqçularına xarici maliyyə alətlərindən istifadə etməyi qadağan edir. Dubrovin hökumətə təyin olunduqdan sonra üç ay ərzində onlardan qurtulmalı idi, lakin o, bunu etməyib.

Dubrovinin vəkili Dmitri Bryuxov şərh verməkdən imtina edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*