Keçmiş siyasi məhbus və yazıçı Məmmədəli Mahmudov Özbəkistanda vəfat etdi – 17 il cəza çəkibbackend

Keçmiş siyasi məhbus və yazıçı Məmmədəli Mahmudov Özbəkistanda vəfat etdi - 17 il cəza çəkib

Yazıçı və siyasi məhbus, 80 yaşlı Məmmədəli Mahmudov (Avril Turon təxəllüsü ilə tanınır) Daşkənddə vəfat edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Özbəkistan Yazıçılar Birliyi yayıb.

Mənbə bildirir ki, Mahmudov 17 il “Jaslık” koloniyasında cəza çəkib.

Yazıçı 19 aprel 2013-cü ildə sərbəst buraxılıb.

Mahmudov 2017-ci ildə Yazıçılar Birliyinə bərpa edilib.

Məmmədəlii Maxmudov vaxtilə Özbəkistanın Mədəniyyət Fonduna və Yenidənqurma hərəkatına rəhbərlik etmişdi. O, İslam Kərimovun siyasi rəqibləri olan alovlu millətçilərə qoşulub.

1999-cu ildə məhkəmə onu konstitusiya quruluşunu pozduğuna, gizli təşkilatlar yaratdığına görə 14 il həbs cəzasına məhkum edib. Sonradan ona üç il daha həbs cəzası əlavə edilib.

Həbsdə olarkən Mahmudov siyasi zülm qurbanı olan yazıçılara verilən Hellman-Hammett mükafatını və 2008-ci ildə Fransada nəşr olunan “Ölümsüz qayalar” romanı üçün aldığı Stalinin təmizlənməsi qurbanlarının xatirəsinə təsis edilən Çolpan mükafatını qazanıb. Onun “Ölməz qayalar” romanı SSRİ-də qadağan edilib.

Əsər Türk xalqlarının Çar Rusiyası tərəfindən Orta Asiyanın işğalına qarşı mübarizə apardıqları 19-cu əsrin sonlarında baş verən hadisələrdən bəhs edir.

2016-cı ildə Məmmədəli Mahmudov nüfuzlu İngilis qeyri-hökumət təşkilatı tərəfindən “Senzuranın İndeksi” mükafatına layiq görülüb.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*