“Keçmiş SSRİ əraziləri Rusiya Federasiyasına birləşdirilməli və onların sakinlərinə rus dili öyrədilməlidir”.
KONKRET.az xəbər verir ki, bu sözləri rus yazıçısı Zaxar Prilepin Moskvada keçirdiyi mətbuat konfransında səsləndirib.
Onun fikrincə, bu, miqrant məsələsinin həll olunmasına kömək edəcək.
Yazıçı rus qadınlarının daha çox uşaq dünyaya gətirməsinin vacibliyini bəyan edib:
“Ruslar nə qədər çox olarsa, gəlmələrin qarşısı alınacaq və onların özləri ilə gətirdiyi problemlər də olmayacaq. İşçi miqrantlar bizə gəldiyi ölkələrin ilhaqını zəruri hesab edir”, – deyə Prilepin əlavə edib.
Yazıçı həmçinin Vladimir Putinin Rusiyada keçiriləcək prezident seçkilərində namizədliyini dəstəkləyib.
Burhan,
KONKRET.az