Keçmiş vəkil məhkəmə zalında həbs olundubackend

Keçmiş vəkil məhkəmə zalında həbs olundu

Külli miqdarda dələduzluqda ittiham edilən keçmiş vəkil Əkbərov Ruhid Rəşid oğlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

KONKRET.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ruhid Əkbərov 6 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Ruhid Əkbərov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilib.

Vaxtilə 13 saylı Vəkil Bürosunun vəkili olan R.Əkbərov daha öncə 2021-ci ildə ki nəfərə qarşı 50 min manatlıq dələduzluq ittihamı ilə 3 il müddətinə həbs edilib.

Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən keçmiş vəkil həbsdə olarkən məhkum yoldaşından onun işini həll etmək adı ilə 53 min manat pul alaraq yenidən dələduzluq etməkdə ittiham olunub.//Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*