56 məzundan 50-si yüksək balla tələbə oldu – Azərbaycanda bu məktəbdən REKORD – FOTObackend

56 məzundan 50-si yüksək balla tələbə oldu - Azərbaycanda bu məktəbdən REKORD - FOTO

Yüksək nəticə göstərəcək şagirdlər lap əvvəldən, ibtidai sinifdən seçilirlər”.

KONKRET.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Kəlbəcər rayonu 23 nömrəli məktəbin direktoru Həqiqət Şükürova deyib.

Bu il ali məktəblərə qəbul imtahanında məcburi köçkün məktəbinin  56 məzunundan 50-si ali məktəbə qəbul olunub.

Rəhbəri olduğu  təhsil müəssisəsi haqqında danışan direktor  şagirdlərdən lap əvvəldən belə nəticə gözlədiklərini bildirib:

“Yüksək nəticə göstərəcək şagirdlər lap əvvəldən, ibtidai sinifdən seçilirlər.

Onu deyə  bilərəm ki,  builki məzunlarımızdan ibarət sinif  seçilmiş sinif idi. Orada ancaq prinsipial  şagirdlər  təhsil alırdılar. Aralarında oxumayan şagird demək olar ki, yox idi.

Valideyn şikayəti ya da  dərslə bağlı heç bir problemləri olmayıb.

Məktəb olaraq bu şagirdlərdən, onsuz da belə nəticə gözləyirdik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*