Şükür Fəxrəddin oğlu İsgəndərov “AZSIĞORTA” ASC-nin Riskləri İdarəetmə Komitəsinin kənar müstəqil üzvü təyin edilib.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, bu barədə Direktorlar Şurası qərar qəbul edib.
O, indiyədək “Kapital Bank” ASC, “Turan Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC-də risklərin idarə olunması sahəsində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. Hazırda “Baku Steel Company” QSC-də Risklərin idarə olunması və daxili nəzarət şöbəsinə rəhbərlik edir, həmçinin “Azmikroinvest” BOKT-un Audit Komitəsinin sədri və Müşahidə Şurasının üzvüdür.
Qeyd: Ş.İsgəndərov Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin kürəkənidir.
Xatırlatma: “Azsığorta” ASC 2006-cı ildə yaradılıb, 14 milyon manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmlərinin 100 %-i Hikmət Abuzər oğlu İsmayılova məxsusdur. H.İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, həm də 2019-cu ildən “AFB Bank” ASC-nin 99,64 %-lə əsas səhmdarıdır.