Kənan MM xəstəxanaya yerləşdirildibackend

Kənan MM xəstəxanaya yerləşdirildi

Rejissor, ssenarist və aktyor Kənan Mahmudovun başına iş gəlib.

KONKRET.az xəbər verir ki, buna səbəb sənətçinin ehtiyatsızlıq nəticəsində idman zalında məşq edərkən ağır çəkili qantelin ayağına düşərək sümüyünü çatlatması olub.

Bununla bağlı Kənan xəstəxanadan instaqram səhifəsində videoaçıqlama yayıb.

Mahmudov bildirib ki, baş verən hadisəyə görə o, rol aldığı “Günahsız günahkar” serialının çəkilişlərindən 2 həftə uzaq qalacaq:

“İki gün əvvəl idman zalında 35 kiloluq qantel ehtiyatsızlıq səbəbi ilə ayağımın üstünə düşüb. Hadisədən sonra ayağımdakı bu ağrı ilə gəzirəm. Serial setində çalışan uşaqlar söylədilər ki, ayağını həkimə göstər. 3 millimetrlik ayağımın sümüyündə çat var. Əfsuslar olsun ki, 14 gün ayağım bu sarğıya məhkum olub. Serialdaki setə çıxa bilməyəcəyəm. Əlimizdə bölüm sayı az olduğuna görə bir həftə “Günahsız günahkar” serialı ekranda olmayacaq. Amma düşünürəm ki, bir həftə sonra dönüşümüz möhtəşəm olacaq. Xeyirlisi! Dualarınızı əsirgəməyin. Allaha əmanət olun”.//Olay

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*