Kənddə söyüş söyən rəis həbs edildibackend

Kənddə söyüş söyən rəis həbs edildi

Yardımlı rayonu, Vərgədüz kəndinin poçt şöbəsinin rəisi içkili vəziyyətdə polislə mübahisə etdiyinə görə saxlanılıb.

KONKRET.az xəbər verir ki, poçt rəisi mübahisə zamanı polis əməkdaşlarını təhqir etməkdə ittiham edilib.

59 yaşlı poçt rəisi Firudin Tağıyev 10 sutka inzibati həbs cəzası alıb. Onun cəzası yanvarın 25-də bitir.

Məlumata görə, hadisə günü F.Tağıyev içkili olub. O, kəndin mərkəzində ictimai qaydanı pozaraq söyüş söyüb. Həmçinin polis əməkdaşlarının ünvanına nalayiq ifadələr söyləyib. Buna görə də saxlanılıb.

Firudin Tağıyev içkili olduğunu desə də, polisləri söymədiyini bildirir. Dediyinə görə, yolda gedərkən polis əməkdaşları ona göstəriş verməyə başlayıb və buna görə mübahisə ediblər. Sonra da onu saxlayaraq polis şöbəsinə aparıblar./musavatcom

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*