Kennedinin öldürülməsi ilə bağlı gizli sənədlər ORTAYA ÇIXDIbackend

Kennedinin öldürülməsi ilə bağlı gizli sənədlər ORTAYA ÇIXDI

Donald Trampın göstərişinə əsasən keçmiş ABŞ prezidenti Con Kennedinin qətli ilə bağlı 1123 məxfi sənəd ictimaiyyətə təqdim edilib.

KONKRET.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qətli ilə bağlı məxfi sənədləri ictimaiyyətə açıqlayacağını vəd edən ATramp sözünün üstündə durub.

ABŞ mətbuatında çıxan xəbərlərə görə, Kennedinin qətli ilə bağlı məxfi sənədlər Milli Arxivlər və Qeydlər İdarəsi tərəfindən ictimaiyyətə təqdim edilib.

Əksəriyyəti sui-qəsdlə əlaqəli ibtidai istintaqla bağlı olan 1123 PDF fayldan ibarət sənədlərin ilkin olaraq ictimaiyyətə açıqlandığı deyilib. Böyük ölçüdə olduğuna görə bütün sənədlərin dərci prosesinin bir neçə gün çəkəcəyi bildirilib.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*