Kenquruları öldürən şəxs məhkəmə qarşısına çıxarılacaqbackend

Kenquruları öldürən şəxs məhkəmə qarşısına çıxarılacaq

Avstraliyada 43 yaşlı Villiamtovn adlı  kişi 2024-cü ilin oktyabrında Yeni Cənubi Uelsdə 98 kenquru öldürməkdə ittiham olunur.

KONKRET.az “The Sydney Morning Post”a istinadən xəbər verir ki, polislər evə baxış zamanı bir neçə silah tapıblar. Məhkəmə onu heyvanlara qarşı amansızlıqda, odlu silahdan istifadə etməkdə, ölkəyə qanunsuz daxil olmaqda, eləcə də bir sıra silahların saxlanması zamanı təhlükəsizlik tədbirlərini pozmaqda ittiham edib. Nəticədə, onun silah lisenziyası ləğv edilib və o, yanvarın 13-nə təyin edilən məhkəmə iclası ərəfəsində zaminə buraxılıb. Ona Avstraliya Cinayət Məcəlləsinin 6 maddəsi ilə ittiham irəli sürülüb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*