Ermənistan Televiziya və Radio Komissiyası Rusiyanın “Sputnik” radiosunun Ermənistanda yayım icazəsi olan “Tospa” radio şirkətinin lisenziyasını 30 gün müddətinə dayandırıb.
KONKRET.az xəbər verir ki, komissiyanın məlumatlna görə, faktla bağlı iki inzibati icraat başlanıb. Birincisi, noyabrın 17-də “Tiqran Keosayanla cümə” verilişinin yayımı ilə bağlıdır. İkinci inzibati icraat isə “Abovyan vaxtı” proqramı ilə bağlıdır.
Öz növbəsində, Ermənistanın Televiziya və Radio Komissiyası digər dövlətlər tərəfindən hazırlanan və Ermənistanın suveren ərazisində yayımlanan audiovizual media məhsullarının məzmununa xüsusi diqqət yetirəcəyini bəyan edib:
“KTR yalnız Ermənistanın milli maraqlarını və demokratiya prinsiplərini rəhbər tutan və xoşagəlməz insidentlər yaratmağa deyil, qərəzsiz, çoxşaxəli, hər hansı bir hadisədən azad olan yayımçıların mövcudluğunu qorumaq məqsədi daşıyan, yayımçıların azadlığına və müstəqilliyinə təminat verən strukturdur”, – KTR-in bəyanatında deyilir.
Burhan,
KONKRET.az