Kərəm Mustafayev işdən çıxarıldı – Yerinə o təyin olundubackend

Kərəm Mustafayev işdən çıxarıldı - Yerinə o təyin olundu

Müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib.

KONKRET.az-ın məlumatına görə, bu barədə müvafiq sərəncam imzalanıb.

Məlumata görə, Vətən müharibəsi qəhrəmanı general-mayor Kənan Seyidov Müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı təyin edilib.

Qeyd edək ki, general Kənan Seyidov  Müdafiə Nazirliyinin Quru Qoşunlarının 5-ci Ordu Korpusunun Komandiri, Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini-Qərargah rəisi vəzifələrində işləyib. Vətən müharibəsindəki iştirakına görə, müxtəlif orden və medallarla o cümlədən, Vətən Müharibəsi Qəhrəmanı medalı ilə təltif edilib.

***

Kərəm Mustafayev Manset.az-a açıqlamasında məlumatı təsdiq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*