“Keşlə” – “Sabah” oyununda qalib müəyyənləşmədibackend

"Keşlə" - "Sabah" oyununda qalib müəyyənləşmədi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun növbəti görüşü “Keşlə” və “Sabah” komandaları arasında olub.

KONKRET.az-ın məlumatına görə, “ASK Arena”da keçirilmiş oyun qolsuz yekunlaşıb.

Bu nəticədən sonra “Sabah” 21 xalla 7-ci, “Keşlə” 20 xalla 8-ci pillədə qalıb.

Qeyd edək ki, turun ilk oyun gününün “Səbail” – “Qarabağ” matçında qalib müəyyənləşməyib – 1:1. “Sumqayıt” isə “Qəbələ”ni 2:0 hesabı ilə yenib. Tura saat 20:15-də başlanacaq “Neftçi” – “Zirə” oyunu ilə yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*