Cənubi Koreyanın avtomobil istehsalçısı olan KIA, loqotipini dəyişdirmək niyyətindədir. “Motor1” saytının məlumatına görə, koreyalı istehalçı 90-cı illərin ortalarından bəri istifadə etdiyi logosundan tezliklə vaz keçəcək.
KONKRET.az xarici mediaya istinadən xəbər verir, bəzi mənbələrin məlumatına görə, tətbiq olunan yeni loqotipdən yalnız elektrik və alternativ yanacaq maşınlarında istifadə olunacaq.
“KIA”nın yeni loqotipinin sınağı “Cenevrə avtomobil şousu”nda nümayiş olunub.
Koreyalı istehsalçının loqotipini dəyişdirmə prosesi avtomobil sənayesi üçün yeni deyil. Əslində alman avtomobil nəhəngi Volkswagen, 20 ildən artıq istifadə etdiyi loqotipi bir neçə ay əvvəl dəyişdirib. Volkswagen bunu elektrik avtomobillər ilə başlayan yeni dövrə uyğunlaşması üçün edib.
Hazırladı: Günel MUSEYİB