Şimali Koreya lideri Kim Çen In taktiki və strateji raketlər üçün mobil buraxılış qurğuları istehsal edən zavoda baş çəkib.
KONKRET.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Şimali Koreya liderini qızı və partiya üzvləri, o cümlədən Mərkəzi Komitənin şöbə müdirinin müavini Kim Yo Conq müşayiət edib.
“Yoldaş Kim Çen In nüvə müharibəsinin qarşısının alınması məqsədilə müxtəlif taktiki və strateji silahlar üçün daşıyıcı raketlər istehsal edir”, – deyə materialda deyilir. Yonhap agentliyi bildirir ki, söhbət “Hwasong-17” qitələrarası raketlərin buraxılış qurğularından və “Hwasong-18” raketlərindən gedir.
KCNA-nın məlumatına görə, Kim Çen In zavodun gücünü artırmağı əmr edib və qeyd edib ki, “Koreya Xalq Ordusunun radikal modernləşdirilməsi naminə zavod istehsalda daim sıçrayışlara nail olmalıdır”.
Rəsmiyyə Şərifova,
KONKRET.az