Kim Çen In “ağıllandı” –  Cənubi Koreyaya hücum etməyəcəkbackend

Kim Çen In “ağıllandı” -  Cənubi Koreyaya hücum etməyəcək

KXDR rəhbəri Kim Çen In Cənubi Koreyaya qarşı hərbi əməliyyatlar planının icrasını təxirə salıb.

KONKRET.az xəbər verir ki, bu barədə 24 iyun tarixində Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

“Koreya İşçi Partiyası Mərkəzi Hərbi Komissiyasının ilkin iclasında Kim Çen In mövcud vəziyyəti qiymətləndirdi və Koreya Xalq Ordusunun Baş Qərargahının yeddinci çağırış Mərkəzi Hərbi Komissiyasının beşinci sessiyasına təqdim edilən Güneyə qarşı hərbi əməliyyat planını təxirə saldı”. Agentlik bildirib.

Qeyd olunur ki, iclas zamanı Koreya İşçi Partiyasının Mərkəzi Hərbi Komissiyasına təqdim ediləcək hərbi siyasətin əsas layihələrinə baxılıb.

İclasda veriləcək hesabatlar və qərarlar, habelə hərbi gücü daha da artırmaq üçün hökumətin tədbirlərini əks etdirən müxtəlif sənədlər nəzərdən keçirilib.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*