Kim Çen In göz yaşları içində: Nə baş verir? – FOTO backend

Kim Çen In göz yaşları içində: Nə baş verir? - FOTO 

Şimali Koreya lideri Kim Çen In Ukraynada Rusiya tərəfində döyüşərkən həlak olan Şimali Koreya əsgərlərini yad edib.

KONKRET.az xəbər verir ki, Şimali Koreyanın dövlət televiziyası Pxenyanda ölkə liderinin öldürülən Şimali koreyalılardan birinin tabutunun üzərinə bayraq qoyduğunu əks etdirən görüntülər yayıb.

Mərasimdə onu Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova müşayiət edib.

Xatırladaq ki, Şimali Koreya Rusiyanın Ukraynaya qarşı müharibəsində Moskvanın ən mühüm müttəfiqlərindən biridir. Aprel ayında Pxenyan Rusiyaya əsgərlərini və silah-sursatını göndərdiyini təsdiqləyib. Rusiyanın Ukrayna ilə həmsərhəd olan Kursk vilayətində Şimali Koreya qoşunları Ukrayna ordusunu çıxarmaq üçün Rusiya ilə bərabər döyüşüb. Cənubi Koreyanın məlumatına görə, döyüşlərdə 600-ə yaxın Şimali Koreya əsgəri həlak olub, minlərlə əsgər isə yaralanıb.

Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirib ki, Şimali Koreya qoşunlarının səfərbər edilməsinə dair heç bir əlamət yoxdur.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*