Kim Çen Inın həyat yoldaşının porno şəkilləri yayıldı – FOTObackend

Kim Çen Inın həyat yoldaşının porno şəkilləri yayıldı - FOTO

Şimali Koreyanın lideri Kim Çen Inın pornoqrafik filmdə rol aldığı iddia edilən həyat yoldaşı Li Sol Zjunun ədəbsiz şəkildə təsvir olunduğu vərəqələr ölkə ərazisinə atılıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Daily Mail” nəşri yayıb.

Mənbə bildirir ki, Kim Çen In bundan bərk qəzəblənib.

Bu, Şimali Koreyaya təşviqat materiallarının atılması ilk dəfə deyil. Bir qayda olaraq, vərəqələr sərhədi keçərək hava şarlarında daşınır.

Bu münasibətlə iki Koreya arasında indi açıq qarşıdurma yaranıb. Hesab edilir ki, Pxenyanın Kesondakı koreyalararası rabitə ofisini partlatması və qonşularına müharibə elan etməsi bu vərəqələrlə əlaqəlidir.

“Bukletlərdə liderin həyat yoldaşına qarşı yönəlmiş xüsusi çirkli, təhqiredici təbliğat var idi”, – Britaniya nəşri Rusiyanın KXDR-dəki səfiri Aleksandr Matseqoridən sitat gətirib.

“Moskovskiy Komsomolets”in dediyinə görə, Li Sol Zju tamamilə ictimai olmayan bir şəxsdir və onun haqqında çox az məlumat var. Onun müəllim və həkim ailəsindən olduğu, universiteti bitirdiyi deyilir.

“Rambler”in əvvəlcədən yazdığı kimi, Şimali Koreya 16 iyun tarixində demarkasiya xətti yaxınlığında Keson sənaye kompleksində ortaq rabitə ofisini partlatdıqdan sonra iki ölkə arasında münasibətlər pisləşib. Bundan əvvəl Şimali Koreya tərəfi dəfələrlə KXDR ərazisinə təbliğat materialları göndərən fəalların dayandırılmadığı təqdirdə Koreya Respublikasını ofisi sökməklə və hərbi müqavilədən çıxmaqla hədələmişdi.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*