“Yaşım 50-ni keçib. Kiməsə özümü sübüt etməyə ehtiyac yoxdur. Oxumağım da, səsim də nədirsə, budur. Həyatım da, yaşayışım da bəllidir”.
KONKRET.az olay-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli “Qonaqcanlı” verilişində deyib.
Müğənni proqram vasitəsi ilə onu bəyənməyənlərə səslənib:
“Kiməsə xoş görünmək üçün heç nə edən deyiləm. Maskalanıb dona girməyəcəyəm. Nəyəmsə buyam. Məni bəyənən bəyənsin, bəyənməyən də bəyənməsin. Gedib onların qapısını döyüb demirəm ki, qurban olum, məni bəyənin”.