Kimya üzrə Nobel mükafatı laureatları məlum oldubackend

Kimya üzrə Nobel mükafatı laureatları məlum oldu

2024-cü ildə zülalların öyrənilməsinə görə kimya üzrə Nobel mükafatını üç alim – Devid Bayker, Demis Hassabis və Con Camper alıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nobel Komitəsinin nümayəndələri Stokholmda keçirilən mərasimdə bildiriblər.

Qeyd olunur ki, Devid Bayker demək olar ki, mümkün olmayanı etməyi bacarıb – tamamilə yeni zülal növləri yaradıb.

D.Hassabis və C.Camper isə 50 ildir, mübarizə aparılan problemi həll etmək üçün mürəkkəb zülal strukturlarının proqnozlaşdırılması üzrə süni intellekt modeli hazırlayıblar.(report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*