“Kirants kəndindən Azərbaycana gedən piyada keçidi”.
KONKRET.az xəbər verir ki, bu ifadəni erməni jurnalist Oskan Sarkisyan yazıb və keçidin son fotosunu paylaşıb.
“Kirantsda yeni salınmış yolda piyada keçidi tikilib və bu, keçidlə Azərbaycanı kəndlə ayıran böyük divara tərəf getmək mümkündür.
Bu gün gördüm ki, işçilər bu divarın səthini hamarlayır və üzərinə hündür tikanlı məftillər çəkirlər”, deyə o, qeyd edib.
Günel Mikayılova,
KONKRET.az