Kirayədə qalan şəxslər ünvanlı sosial yardım ala bilər? – RƏSMİbackend

Kirayədə qalan şəxslər ünvanlı sosial yardım ala bilər? - RƏSMİ

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov kirayədə qalan şəxslərin sosial yardım almaq prosedurundan danışıb.

KONKRET.az-ın məlumatına görə, o, “2021-ci ilin yekunlarına dair” mətbuat konfransında kirayədə qalmağın şəxslərin sosial yardım almasına maneə olmadığını deyib.

O bildirib ki, yardım üçün müraciət edən şəxs kirayə müqaviləsinin xərclərini rekvizitlərdə göstərməlidir: “Bu zaman kirayə xərcləri və ümumi xərclər nəzərə alınaraq ünvanlı sosial yardım almaq mümkündür”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*