Kirayədə qalanlara XOŞ XƏBƏR: Qiymətlər kəskin ucuzlaşdıbackend

Kirayədə qalanlara XOŞ XƏBƏR: Qiymətlər kəskin ucuzlaşdı

Bakıda oktyabr ayında kirayə mənzillərin qiyməti 9,81 faiz ucuzlaşıb.

KONKRET.az xəbər verir ki, ötən ay kirayə mənzillərin orta qiyməti 417 manat, bahalı kirayə mənzilərin orta qiyməti isə 1473 manat təşkil edib.

Fərdi yaşayış və bağ evlərinin kirayəsində də ucuzlaşma müşahidə edilib. Belə ki, ötən ay fərdi yaşayış və bağ evlərinin kirayə qiymətləri 1,91 faiz ucuzlaşıb.

Ucuz kirayə evlərin orta qiyməti 307 manat, bahalı kirayə evlərin orta qiyməti isə 3351 manat təşkil edib.

Qeyd edək ki, bu barədə əmlak bazarında araşdırmalar aparan “MBA Group” konsaltinq şirkətindən məlumat verilib. (Trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*