Kirkorov xəstəxanaya yerləşdirildibackend

Kirkorov xəstəxanaya yerləşdirildi

Rusiyanın Xalq artisti Filipp Kirkorovun müalicəsi hələ 2-3 həftə davam edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, müğənninin səhhəti müsbət istiqamətdə dəyişməkdədir.

Xatırladaq ki, Kirkorov mayın 23-də təcili cərrahiyyə şöbəsinə yerləşdirilib. Səhnədə çıxışı zamanı fişənglərdən biri geyiminə düşərək qol hissəsinin alışmasına səbəb olub.

Hadisə nəticəsində sənətçiyə yanıq diaqnozu ilə yanaşı burit (oynaq iltihabı) diaqnozu da qoyulub. Həkimlər onun şəkərli diabet fonunda sepsis riski daşıdığını, bu halın isə ən ağır halda əza amputasiyasına səbəb ola biləcəyini istisna etmirlər.

Qeyd edək ki, Filipp Kirkorov uzun illərdir şəkərli diabetdən əziyyət çəkir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*