Kişi pəncərədən yoldan keçənlərə atəş açdı – FOTOLARbackend

Kişi pəncərədən yoldan keçənlərə atəş açdı - FOTOLAR

Kiyevin Solomenskoye rayonunda yerli sakin yoldan keçənləri pəncərədən atəşə tutub. Təcavüzkarın qarşısını almaq üçün polislər qapını döymək məcburiyyətində qalıblar.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Kiyev polisinin mətbuat xidməti yayıb.

“Paytaxt sakini Solomenskoye polis şöbəsinə müraciət edərək, Akademik Strazhesko küçəsində atışmaların eşidildiyini bildirdi. Patrul polis əməkdaşları və rayon polis şöbəsinin istintaq-əməliyyat qrupu hadisənin vəziyyətini müəyyən etmək üçün dərhal ora getdilər” deyə polis bildirib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları evin mənzillərindən birində yaşayan bir kişinin üçüncü mərtəbənin pəncərəsindən atəş açdığını müəyyən ediblər.

O, polisləri könüllü surətdə mənzilə buraxmaqdan imtina etdiyi üçün 1 nömrəli Xüsusi Təyinat Alayının əməkdaşlarından kömək istənilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış zamanı ondan travmatik tapançaya bənzər bir silah tapıblar.

Hadisədə iştirakını ört-basdır etmək üçün cinayətkar silahı gül qabında gizlədib. Sonradan silah, habelə evin girişində tapılan rezin güllələrdən üç mərmi mütəxəssislər tərəfindən ələ keçirilərək ballistik müayinəyə göndərilib.

O, əvvəllər ağır bədən xəsarəti yetirmək maddəsi ilə cəza çəkən 1979-cu il təvəllüdlü yerli sakin olub. Polislər onu yaxalayıb.

Babək Göyüş                                          

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*