Maldiv adalarının 2013-2018-ci illərdə prezidenti olmuş Abdulla Yamin siyasətçi 1 milyon ABŞ dolları rüşvətxorluqda və çirkli pulların yuyulmasında ittiham olunub.
KONKRET.az xəbər verir ki, bu barədə “Avas” məlumat yayıb.
Bu ilin yanvarından davam edən məhkəmə prosesində o, bir neçə maddə üzrə təqsirli bilinib.
Yamini ümumilikdə 11 ilə yaxın həbs cəzası gözləyə bilər, məhkəmə prosesi çərçivəsində eks-prezidentə qarşı belə bir cəzanın verilməsini Maldiv adaları prokurorluğunun nümayəndələri tələb ediblər.
Bundan əvvəl 2019-cu ildə Yamin çirkli pulların yuyulması ittihamı ilə 5 il həbs cəzasına məhkum olunub, lakin iki ildən sonra müvafiq hökm ləğv edilib.