Rusiyanın Samara vilayətindən Ermənistana uçan “Airbus A319” təyyarəsini ildırım vurub.
KONKRET.az xəbər verir ki, bu barədə məlumat “Telegram” kanallarında yayılıb.
Bildirilib ki, hadisə barədə məlumat Mərkəzi Dispetçer Məntəqəsinə uçuşdan dərhal sonra, yerli vaxtla saat 17:50-də, təyyarə Mahaçqala səması üzərindən uçarkən daxil olub.
Təbiət hadisəsi cihazlara ziyan vurmadığından uçuşun davam etdirilməsi tapşırılıb. Nəticədə hava gəmisi təyinat məntəqəsinə insidentsiz çatmağa nail olub.