Ukrayna Rusiya ilə istənilən danışıqlar prosesini rədd edir.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Rusiyanın müvəqqəti atəşkəs təklifini şərh edərkən deyib.
“Onlarla heç bir danışıq aparılmayıb”, – deyə Danilov bildirib.
Danilovun sözlərinə görə, Kiyev atəşkəs rejiminə əməl etməyəcək.