Kiyev Priqojinin səs-küylü bəyanatına REAKSİYA VERDİbackend

Kiyev Priqojinin səs-küylü bəyanatına REAKSİYA VERDİ

“Priqojin mayın 9-na qədər Baxmutu ələ keçirə bilmədiyinə görə belə açıqlama verib”.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak deyib.

“Vagner”in təsisçisi Yevgeni Priqojin öz muzdlularını Baxmutdan (Ukraynanın Donetsk vilayətində şəhər – red.) geri çəkmək fikrində deyil.

Bu açıqlamalar öz vədinə əməl edə bilməməsi, yəni mayın 9-na qədər Baxmutu tutmağı bacarmaması fonunda verib.

Buna görə də o, indi kimisə günahkar etməyə çalışır. Çünki o, artıq sözünün üstündə dura bilməyəcəyini anlayır”, – deyə Ukrayna kəşfiyyatının nümayəndəsi izah edib.

Çernyak onu da əlavə edib ki, BKİ hazırda Baxmut bölgəsində qoşunların çıxarılmasını qeydə almayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*