Kiyev raketlərdən atəşə tutulurbackend

Kiyev raketlərdən atəşə tutulur

Kiyev şəhərində güclü partlayış səsləri eşidilir. Bütün Ukrayna ərazisində hava həyəcanı elan edilib.

KONKRET.az xəbər verir ki, Ukraynaya kütləvi raket hücumu yerli vaxtla təxminən saat 03:00-da başlayıb.

Regional hərbi administrasiyanın rəhbəri Oleq Sinequbovun sözlərinə görə, Xarkov şəhərinə və bölgəyə 15-ə yaxın zərbə endirilib. Raketlər Odessa vilayətindəki energetika infrastrukturu obyektinə düşüb.

Bundan əlavə, Ternopol və İvano-Frankovsk vilayətlərində, Dnepr və Dnepropetrovsk vilayətlərində partlayışlar qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*