Kiyevdə bankı ələ keçirən şəxs özbəkistanlıdır: tələbi televiziyada çıxış etməkdir – Ərazidən canlı yayımbackend

Kiyevdə bankı ələ keçirən şəxs özbəkistanlıdır: tələbi televiziyada çıxış etməkdir - Ərazidən canlı yayım

Kiyevin mərkəzindəki bankı ələ keçirən şəxs Özbəkistan vətəndaşıdır.

KONKRET.az xəbər verir ki, bu barədə ZİK telekanalının efirində daxili işlər nazirinin müavini Anton Qeraşenko məlumat verib.

“İlkin məlumata görə, terror aktı ilə hədələyən şəxs 25 mart 1988-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Kərimov Suxrob Raxmanoviçdir. Sosial şəbəkələrə görə, o, əqli cəhətdən dözülməz bir insandır. Hələlik onun niyyətinin nə dərəcədə ciddi olduğunu bilmirik. Buna görə indi danışıqlar strategiyası seçilib” deyə Qeraşenko “Facebook”da yazıb.

Bildiyiniz kimi, təxminən 12 radələrində bir kişi bank filialına girib və çantasında bomba olduğunu söyləyib. Eyni zamanda, bankın bütün işçilərini buraxıb və bankın rəhbəri isə öz istəyi ilə otağında qalıb.

Hüquq mühafizəçiləri ərazini bağlayıb, cinayətkarla danışıqlar aparırlar.

O, televiziyada çıxış etmək tələbini irəli sürüb.

 

Babək Göyüş

KONKRET.az                                                                                         

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*