Kiyevdə bankı ələ keçirən terrorçu tutuldu – XÜSUSİ ƏMƏLİYYAT KEÇİRİLDİbackend

Kiyevdə bankı ələ keçirən terrorçu tutuldu – XÜSUSİ ƏMƏLİYYAT KEÇİRİLDİ

Kiyevin mərkəzindəki bir bank filialını ələ keçirən Özbəkistan vətəndaşı Suxrob Kərimov tutulub.

KONKRET.az xəbər verir ki, o, jurnalistlərlə söhbət edərkən tutulub.

O, öncə televiziyada çıxış etmək tələbini irəli sürmüşdü, sonra isə 40 min qriven istəmişdi.

Bildiyiniz kimi, təxminən gündüz saat 12 radələrində bir kişi bank filialına girib və çantasında bomba olduğunu söyləyib.

Eyni zamanda, bankın bütün işçilərini buraxıb, bankın rəhbəri isə öz istəyi ilə otağında qalıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*