Kiyevdə kriminal dəstə tutuldu – VİDEObackend

Kiyevdə kriminal dəstə tutuldu - VİDEO

Kiyevdə vətəndaşların evlərini qarət edən kriminal dəstəni polis xüsusi əməliyyat zamanı saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Kiyev Milli Polisinin mətbuat xidməti məlumat yayıb.

Dəstə dörd nəfərdən ibarət olub, onlardan ikisi Gürcüstan vətəndaşıdır.

Onlardan üçünün cinayət keçmişi var: əvvəllər ölkəsində qətl törətməkdə ittiham olunan 42 yaşlı əcnəbi, qanunsuz silah saxlayan 43 yaşlı həmyerlisi və əvvəllər əmlak cinayətlərində ittiham olunan 62 yaşlı ukraynalı.

Bundan əvvəl Kiyevdə polisin Toyota maşınında ixtisaslaşmış avtomobil qaçıran dəstəni saxladığı bildirilib.

Şəbəkə üzvlərinin Kiyev  və Kiyev bölgəsində Toyota avtomobillərinin oğurlanması ilə bağlı ən azı doqquz faktda iştirakı müəyyən edilib.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*