Kiyevdə terrorçu 40 min qriven tələb etdibackend

Kiyevdə terrorçu 40 min qriven tələb etdi

Ukraynanın paytaxtında, Leonardo biznes mərkəzində Universal Bankın rəhbərini girov götürən terrorçu daha bir tələbini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Özbəkistan vətəndaşı olan terrorçu 40 min qriven tələb edir.

Bu barədə jurnalistlərə biznes mərkəzinin işçiləri məlumat veriblər.

“Mən artıq buradan məmnuniyyətlə ayrılıram. Bank işçiləri təxliyə edildi. Terrorçu 40 min qriven istəyir, bomba olduğunu deyir”. Biznes mərkəzinin əməkdaşı Olqa Artyuşenko bildirib.

Qadın təcavüzkarın binanın birinci mərtəbəsində olduğunu söyləyib.

Olqanın özü və bank işçiləri təxliyə edilib.

Mediada yayılan məlumatlara görə, hazırda polis mərkəzdən heç kəsi bayıra buraxmır.

“Bir çox idarənin özləri təxliyə qərarı veriblər. Polis yalnız Vladimirskaya tərəfdəki çıxışda dayanıb. Başqa çıxışlar azaddır” jurnalistlərə açıqlamasında mərkəzin əməkdaşı İrina Milyutina deyib.

Terrorist bu gün saat 12: 00-da biznes mərkəzində Universal Bankı ələ keçirib.

Məlum olub ki, o, ilk dəfə televiziyada çıxış etmək tələbini qoyub.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*