Kiyevdə tutulan özbəkistanlı “Facebook”da “Putini, Kadırovu və II Yelizavetanı öldürün” yazıbbackend

Kiyevdə tutulan özbəkistanlı “Facebook”da “Putini, Kadırovu və II Yelizavetanı öldürün” yazıb

Kiyevdəki bir bankı ələ keçirən özbəkistanlı Suxrob Kərimov “Facebook”da ərəbləri xain və qorxaq adlandıraraq ərəblərə və yəhudilərə cihad elan edib, Putinə, Kadırova və bütün siyasətçilərə qarşı çıxıb:

“İsraili tutmaq lazımdır. Kafirləri, İsrailin bütün rəhbərlərini öldürün. Heç kimə yazığınız gəlməsin, siyasətçilərin başını kəsin. Ravvini, kilsədə çalışanları öldürün. Satqın müsəlmanları da öldürün. Hamını öldürün.

Cihad elan edirəm. Kafirləri öldürün. Kimi tanıyırsansa, öldür. Əvvəl Kadırovdan başlayın.

Putini, bu əclafı öldürün. Şeyxi öldürün. Onunla məzələnin. Britaniya kraliçası Yelizavetanı öldürün. Ölkəsindən asılı olmayaraq bütün siyasətçiləri öldürün. Bütün hakim və prokurorları öldürün. Yaşamağa mane olan hər kəsi öldürün. Öldürün”.

 

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ukrayna mediası yayıb.

“Sosial mediaya görə, bu, əqli cəhətdən qeyri-sabit bir insandır. Terrorçu bel çantasında çox sayda partlayıcı maddə olduğunu iddia edir, öldürülərsə, partlayacağını deyir. Bildirir ki, ayağındakı kabel detonatora bağlanıb. Hələlik onun nə qədər ciddi olduğunu bilmirik. Buna görə də indi danışıqlar strategiyası seçilib”. 3 avqust bazar ertəsi günü “Facebook”da Daxili İşlər Nazirinin müavini Anton Qeraşenko şərh edib.

Xatırladaq ki, Kiyevdə bankdakı girovların ələ keçirilməsi barədə bir mesaj gəlib. Naməlum şəxs şəhər mərkəzindəki bir bank filialına girib, bomba olduğunu söyləyib və polisə zəng etməsini istəyib.

Kiyevdəki Leonardo biznes mərkəzindəki bank filialını ələ keçirən şəxs telekanalda canlı yayım tələb edib.

Sonradan onun tutulduğu məlum olub. Binanı ələ keçirən özbək, təxminən üç saat sonra jurnlaistlərə müsahibə verərkən xüsusi təyinatlılar tərəfindən tutulub.

Kərimovun müsahibə vermək üçün tələb etdiyi jurnalistlərin əvəzinə banka polis və Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları daxil olub.

Terrorçu ilə dialoq quran polis rəhbəri Viktoriya Azarova mediaya sərbəst buraxılan girovun vəziyyətinin çox yaxşı olduğunu bildirib:

“Terrorçu onunla sakitcə ünsiyyət qurub və özünü “Müqəddəs ruh” adlandırıb”.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*