Kiyevdə yaşayış evində partlayış: ölənlərin sayı beşə çatdıbackend

Kiyevdə yaşayış evində partlayış: ölənlərin sayı beşə çatdı

Ukraynanın paytaxtı Kiyev şəhərinin Poznyak bölgəsində yaşayış binasının partlamasından sonra xilasedicilər daha bir ölən şəxsin cəsədini tapıblar. Beləliklə, qurbanların ümumi sayı beşə yüksəlib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyi yayıb.

Bildirilir ki, səhər saat 03:30 radələrində 1976-cı il təvəllüdlü kişinin meyiti tapılıb.

“Beləliklə, dağıntılar altından beş nəfər çıxarılıb: 1943-cü il təvəllüdlü və 1974-cü il təvəllüdlü iki qadın, həmçinin 1991-ci il təvəllüdlü, 1967-ci il təvəllüdlü, 1976-cı il təvəllüdlü üç kişi”. Mesajda deyilir.

Xatırladaq ki, iyunun 21-də Kiyevin Kruşelnitskaya küçəsi 1/5 ünvanında doqquzmərtəbəli yaşayış binasında partlayış baş vermişdi. Əvvəlcə üç ölü və beş yaralının olduğu deyildi. Daha sonra Poznyakdakı partlayış anının videosu yayıldı.

Bir gün əvvəl dağıntılar altından dördüncü qurbanın cəsədinin tapıldığı bildirilmişdi.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*