Kiyevdə yerüstü elektrik nəqliyyatının işi dayandıbackend

Kiyevdə yerüstü elektrik nəqliyyatının işi dayandı

Kiyev hakimiyyəti yerüstü elektrik nəqliyyatının – tramvay və trolleybusların işini dayandırmaq qərarına gəlib.

KONKRET.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, qərar elektrik enerjisinin  çatışmazlığı ilə bağlıdır.

Bu barədə Kiyev meri Vitali Kliçko bildirib. O, deyib  ki, avtobuslar artıq yerüstü elektrik nəqliyyatının bütün marşrutları üzrə hərəkət edəcək.

“Kiyevlilərin tramvay və trolleybusların hərəkət etdiyi marşrutlarda daşınmasını təmin etmək üçün 222 avtobus xəttə buraxılıb” deyə mer bildirib..

Kiyevdə bütün metro xətlərində isə  hərəkət bərpa edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*