Kiyevə hava hücumu: Azərbaycan Evinə ziyan dəydi – FOTOLARbackend

Kiyevə hava hücumu: Azərbaycan Evinə ziyan dəydi – FOTOLAR

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə çoxkambinasiyalı hava hücumu zamanı Azərbaycan Evinə ziyan dəyib.

KONKRET.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Azərbaycanlıları Radasının direktoru Elşad İbrahimov danışıb.

O bildirib ki, binanın ön və arxa tərəfdən şüşələri qırılıb, jalüz və mebellər zədələnib, xəsarət alan olmayıb.

Qeyd edək ki, iyulun 31-də Rusiya 300-dən çox zərbə dronu və 8 raketlə Ukraynaya hava hücumu edib. Əsas hədəf isə paytaxt Kiyev olub. Şəhərdə yaşayış evlərinə, inzibati binalara və infrastruktura ciddi ziyan dəyib. Burada həlak olanların sayı 28 nəfərə çatıb.

Avqustun 1-i Kiyevdə matəm günü elan edilib.

 CBD0q6HFaAP5E0p4be2HihrdqVwbzMYsguLiEDnt:640 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*